Ana Sayfa > Karusel / Dünya > Rusiyada son sutka ərzində 5394 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində 5394 nəfər COVID-19-a yoluxub


3-08-2020, 12:30. Yazar: Admin

Rusiyada son sutka ərzində 5394 nəfər COVID-19-a yoluxubRusiyada son sutka ərzində daha 5394 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Qarabaginfo.az Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 856 264 nəfərə çatıb.

Son sutka ərzində 79 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 207 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 653 593 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir. APA


Geri dön