Ana Sayfa > Karusel / Gündəm > Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü - FOTO

Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü - FOTO


11-02-2023, 11:22. Yazar: Admin

 

Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü - FOTO

 

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülüb.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə onun vəkillərdindən Zibeydə Sadıqova məlumat yayıb. Müdafiəçi qeyd edib ki, vəkillərinə məlumat vermədən Bəxtiyar Hacıyevi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər.

 

Qeyd edək ki, ötən il dekabrın 9-da həbs edilən B.Hacıyev Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılırdı.

 

Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin pis durumda olduğunu bildirir.

 

Hacıyev jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə təqsirli bilinir.Modern.az


Geri dön