Ana Sayfa > Karusel > Dağılan yerləri bir ilə bərpa edəcəyik - Ərdoğan

Dağılan yerləri bir ilə bərpa edəcəyik - Ərdoğan


10-02-2023, 16:31. Yazar: Admin

Dağılan yerləri bir ilə bərpa edəcəyik - Ərdoğan

 

Ölkənin yenidən bərpa olunması üçün proqram hazırlanır. 

 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.

 

"Tez bir zamanda proqrama başlayacağıq. İnşallah, bir il ərzində dağılan əraziləri yenidən bərpa edəcəyik. Bundan başqa dost qara gündə tanınar. Ölkəmizin çətin vaxtında bizə yardımçı olan dost, qardaş ölkələrə şəxsim və xalqım adına bir daha təşəkkür edirəm. Tezliklə çətin vəziyyətin öhdəsindən gələcəyik", - deyə Türkiyə lideri vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır.


Geri dön