Ana Sayfa > Karusel > Hərbi həkimlərimiz Kahramanmaraşda 17 nəfəri əməliyyat edib
Hərbi həkimlərimiz Kahramanmaraşda 17 nəfəri əməliyyat edib10-02-2023, 16:12. Yazar: Admin |
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyətini davam etdirir.
Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi tibb personalımız Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə növbəti 7 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 41 nəfərə ambulator yardım göstəriblər.
Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun tibb personalı ümumilikdə 17 cərrahi əməliyyat icra edib, baş vermiş zəlzələdən zərərçəkən 134 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər. Geri dön |