Ana Sayfa > Karusel > Rusiya raketləri Rumıniya yox, Moldova səmasına daxil olub

Rusiya raketləri Rumıniya yox, Moldova səmasına daxil olub


10-02-2023, 15:47. Yazar: Admin

 

Rusiya raketləri Rumıniya yox, Moldova səmasına daxil olub - YENİLƏNİB

 

"Rusiya raketləri Rumıniya hava məkanına daxil olmayıb".

 

Qarabaginfo.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hava müşahidə sistemi raketlərin Moldovanın hava məkanını keçdiyini qeydə alıb. Lakin raketlər Rumıniya ərazisinə çatmayıb və sərhəddən 35 kilometr şimal-şərqdə aşkarlanıb.

 

Qeyd edək ki, Kişinyovdakı Rusiya səfiri hava məkanının pozulması ilə bağlı Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.


Geri dön