Ana Sayfa > Karusel > Mirzoyanla Xovayev Azərbaycandan danışdılar

Mirzoyanla Xovayev Azərbaycandan danışdılar


10-02-2023, 14:07. Yazar: Admin

Mirzoyanla Xovayev Azərbaycandan danışdılar

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində son prosesləri müzakirə ediblər.

 

Görüş Xovayevin İrəvana səfəri çərçivəsində baş tutub.

 

Qeyd edək ki,  İqor Xovayev Ermənistanın baş naziri Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüş keçirib.


Geri dön