Ana Sayfa > Karusel > Pensiya artımları nə vaxt veriləcək? - Rəsmi açıqlama

Pensiya artımları nə vaxt veriləcək? - Rəsmi açıqlama


10-02-2023, 12:52. Yazar: Admin

Pensiya artımları nə vaxt veriləcək? - Rəsmi açıqlama

 

Minimum pensiyalarda artımla əlaqədar hazırlıq işləri başa çatdırılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da məlumat verib.

 

E.İsmayılov minimum pensiya alanların artımlarını nə zaman alacaqlarına da aydınlıq gətirilib:

 

"Hesablamalar aparılıb. Qrafiklərə uyğun olaraq pensiyaların artımlarla birgə ödənilməsi həyata keçiriləcək".

 

Qeyd edək ki, fevralın 1-dən qanunvericilikdə edilən dəyişikliyə görə minimum pensiyanın məbləği 240 manatdan 280 manata çatdırılıb. Artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.


Geri dön