Türkiyənin bir neçə bölgəsində baş vermiş şiddətli zəlzələdən sonra ciddi fikir dartışması başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bəziləri bunu qədər, tale işi adlandırır, əksəriyyət isə bu fikrə qarşı çıxır.
İddia edilir ki, zamanında yaşayış binaları sağlam tikilsə idi, dövlət bu sahəyə daha ciddi diqqət ayırsa idi, faciənin miqyası bu qədər böyük olmazdı. Artıq din adamları da etiraf edirlər ki, bu, talesizlik deyil. Zəlzələnin bu qədər böyük miqyasda itkilərə səbəb olmasını onlar da alın yazısına, qədər işinə bağlamır.
Türkiyədə və Azərbaycanda məşhur olan ilahiyyatçı alim, professor Nihat Hatipoğlu ATV kanalında qonaq olarkən olduqca maraqlı və sensasion fikirlər səsləndirib. O, zəlzələdə dağıntıların çox olmasını, insan tələfatının fantastik həddə çatmasını alın yazısı ilə yox, elmsizliklə, məsuliyyətsizliklə, tikinti şirkətlərinin işə hiylə, haram qatması ilə əlaqələndirib. İlahiyyatçının bu çıxışı hazırda sosial mediada sürətlə yayılır, onun ünvanına alqışlar yazılır. Halbuki bu gün günorta Nihat Hatipoğlunun efirə çıxacağı bilinəndə onun ünvanına kəskin tənqidlər yazılırdı, deyilirdi. Lakin ilahiyyatçı əksəriyyətin gözlədiyinin əksinə olaraq məntiqlə və gerçəyi əsas götürərək çıxış edib.(Globalinfo.az)