Ana Sayfa > Karusel > Ceyhun Bayramov Türkiyəyə getmək istəyir - Çavuşoğlu ilə danışdı 

Ceyhun Bayramov Türkiyəyə getmək istəyir - Çavuşoğlu ilə danışdı 


9-02-2023, 16:18. Yazar: Admin

Ceyhun Bayramov Türkiyəyə getmək istəyir - Çavuşoğlu ilə danışdı 

 

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çavuşoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, həmkarı Ceyhun Bayramov Türkiyəyə gəlmək istəyib:

 

"Azərbaycanlı qardaşım Ceyhun Bayramov bura gəlmək istədiyini bildirib. Bundan başqa, Avropadan da bir çox nazir burada olmaq istədiyini vurğulayıb. Pakistanın baş naziri də gəlmək istədiyini deyib. Amma hazırda cənab Prezident zəlzələ olan yerləri ziyarət edir. O səbəbdən ziyarətləri başqa tarixə keçirəcəyik".


Geri dön