Ana Sayfa > Karusel > Ermənistan parlamentində Türkiyəyə başsağlığı verilməsi qərarı müzakirə olundu

Ermənistan parlamentində Türkiyəyə başsağlığı verilməsi qərarı müzakirə olundu


9-02-2023, 11:46. Yazar: Admin

Ermənistan parlamentində Türkiyəyə başsağlığı verilməsi qərarı müzakirə olundu

 

Ermənistan parlamentində Türkiyəyə başsağlığı verilməsi ilə bağlı qərar müzakirə olunub.

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, parlamentin sədri Alen Semonyan bunun doğru qərar olduğunu söyləyib.

 

"Bu, vacib idi. Ermənistanın özünün də başına belə faciələr gəlib. İnsani baxımdan biz ermənilər, xristianlar buna reaksiya verməyə bilməzdik", - deyə o bildirib.

 

Bəzi müxalifət deputatları isə Ermənistanın Türkiyəyə başsağlığı verməsini tənqid ediblər.

 

Qeyd edək ki, Ermənistandan zəlzələyə görə Türkiyəyə baş nazir, prezident və parlament sədri səviyyəsində başsağlığı ünvanlanmışdı. Həmçinin 27 xilasedici də Türkiyəyə göndərilmişdi.


Geri dön