Ana Sayfa > Karusel > Şəhid atası 43 saat polis bölməsində saxlanılıb? - DİN-dən AÇIQLAMA

Şəhid atası 43 saat polis bölməsində saxlanılıb? - DİN-dən AÇIQLAMA


9-02-2023, 10:48. Yazar: Admin

 

Şəhid atası 43 saat polis bölməsində saxlanılıb? - DİN-dən AÇIQLAMA

 

Sosial şəbəkələrdə şəhid atasının əsassız yerə 43 saat polis bölməsində saxlanılması ilə bağlı məlumat yayılıb.

 

Qarabaginfo.az xəbər verir ki, yayılan fotonun gecə saat 02 radələrində Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsində çəkildiyi qeyd olunub. Şəhid atasının 43 saat polis bölməsində saxlanıldığı bildirilib.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin vətəndaş barəsində olan şikayət əsasında polis bölməsinə dəvət edilib. O, izahatı alındıqdan sonra sərbəst buraxılıb. Qeyd olunub ki, şəhid atasının 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır.


Geri dön