Ana Sayfa > Karusel / Manşet > 56 saat sonra dağıntılar arasından sağ çıxarıldı
56 saat sonra dağıntılar arasından sağ çıxarıldı8-02-2023, 18:46. Yazar: Admin |
Türkiyəni sarsıdan iki böyük zəlzələdən sonra bölgədə axtarış-xilasetmə işləri fasiləsiz davam edir. Qarabaginfo.az “TRT Haber”ə istinadla xəbər verir ki, Kahramanmaraşda 56 saat sonra dağıntılar altından bir yaş yarımlıq körpə çıxarılıb. “Havaların soyuq keçməsinə baxmayaraq, axtarış-xilasetmə qrupları sağ qalanları çıxarmaq üçün var gücləriylə çalışırlar. Bölgədən xilas olunma xəbərləri isə bir-birinin ardınca gəlir. Kahramanmaraşda isə yaş yarımlıq Masal adlı körpə 56 saatdan sonra dağıntılar altından çıxarılıb. Körpə atasına təhvil verildikdən sonra onun hamilə anası da dağıntılar altından xilas edilib”, - məlumatda deyilir. Bundan əlavə, bildirilib ki, anası qızının ölməməsi üçün onu dağıntıların altında əmizdirib. Geri dön |