Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyənin zəlzələ bölgəsindəki axtarış-xilasetmə qrupları fəaliyyətini davam etdirir.
FHN-in xilasediciləri Kahramanmaraşın Heydər Əliyev prospektində çökən yeddimərtəbəli binada axtarış işlərini həyata keçirir.
Hazırda FHN-in 50-dən çox canlı qüvvəsi, xüsusi təlim görmüş itləri əraziyə cəlb olunub.
Yerli sakinlərin sözlərinə görə, burada dağıntılar altında 20-dən çox şəxsin qaldığı ehtimal edilir. Onların dağıntıların altından çıxarılması istiqamətində axtarış tədbirləri görülür.