Ana Sayfa > Karusel / Manşet > Səfir: Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşının öldüyünə dair təsdiqlənmiş məlumat var

Səfir: Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşının öldüyünə dair təsdiqlənmiş məlumat var


7-02-2023, 18:47. Yazar: Admin

Səfir: Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşının öldüyünə dair təsdiqlənmiş məlumat var

“Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanlardan birinin Azərbaycan vətəndaşı olması ilə bağlı təsdiqlənmiş məlumat var”.

 

Səfir bildirib ki, zəlzələ baş verəndən bu günə qədər 1980-ci il təvəllüdlü Nailə Bünyatova adlı bir xanım haqqında təsdiq olunmuş məlumat var: “Bələdiyyə onu xilasedicilərdən təhvil alıb. Onun cənazəsi hazırda Kahramanmaraşda saxlanılmaqdadır. Onun valideynləri, Bakıda və ya buradakı qohumlarından dəfn yerini öyrənmək istəyirik. Əgər onun dəfninin Azərbaycanda olması istənilərsə, dövlətimiz ona yardım göstərəcək və onun nəşini Azərbaycana göndərəcəyik”.


Geri dön