Ana Sayfa > Karusel > “Charlie Hebdo”dan türkləri qəzəbləndirən KARİKATURA
“Charlie Hebdo”dan türkləri qəzəbləndirən KARİKATURA7-02-2023, 11:27. Yazar: Admin |
Fransanın məşhur "Charlie Hebdo" jurnalı Türkiyədəki zəlzələ ilə bağlı qalmaqallı karikatura dərc edib.
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, karikaturada dağıntı mənzərələri əks olunub və belə yazılıb: "Tank göndərməyə belə gərək yoxdur".
Bu cür başlıq böyük etirazlarla qarşılanıb.
Qeyd edək ki, jurnal bundan əvvəl də qalmaqallı karikaturalarla gündəmə gəlib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb. Geri dön |