Ana Sayfa > Karusel / Manşet > Türkiyədə 7 günlük matəm elan edilib
Türkiyədə 7 günlük matəm elan edilib6-02-2023, 22:04. Yazar: Admin |
Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi ilə əlaqədar qardaş ölkədə 7 günlük matəm elan olunub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabında paylaşım edib. "2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü ilə qədər bütün ölkəmizdə və xarici nümayəndəliklərdə yarıya qədər endiriləcək".- deyə qeyd olunub.
Geri dön |