Ana Sayfa > Karusel / Manşet > Yunanıstanın Baş naziri uzun müddətdən sonra Türkiyə Prezidenti ilə danışıb
Yunanıstanın Baş naziri uzun müddətdən sonra Türkiyə Prezidenti ilə danışıb6-02-2023, 20:45. Yazar: Admin |
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin saytında məlumat yer alıb. “Baş nazir Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı kədərləndiyini bildirib, həlak olanların yaxınlarına və Rəcəb Tayyib Ərdoğana başsağlığı verib”, - deyə məlumatda qeyd olunub. Mitsotakis Yunanıstanın təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu deyib. Ərdoğan verdiyi dəstəyə görə Baş nazirə təşəkkür edib. Qeyd edək ki, bu, 2022-ci ilin mayında iki ölkə arasında münasibətlərin pisləşməsindən sonra Yunanıstan hökumətinin başçısı ilə Türkiyə lideri arasında ilk telefon danışığıdır. Geri dön |