Ana Sayfa > Karusel > Qəbələdə ağır qəza: polis xəsarət aldı

Qəbələdə ağır qəza: polis xəsarət aldı


6-02-2023, 15:38. Yazar: Admin

Qəbələdə ağır qəza: polis xəsarət aldı

 

Qəbələdə polis əməkdaşı yol qəzasında xəsarət alıb.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

 

Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

 

Faktla bağlı araşdırma aparılır.


Geri dön