Ukrayna prezidenti Volodimir Zelenski zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib.
Qarabaginfo.az UNIAN-a istinadla xəbər verir ki, o, “Twitter” səhifəsində bu barədə türk dilində paylaşım edib.
“Prezident Ərdoğana və türk xalqına, zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı diləklərimi çatdırır, bütün yaralılara tezliklə sağalmalarını diləyirəm. Bu çətin zamanda türk xalqının yanındayıq. Təbii fəlakətin nəticələrinin öhdəsindən gəlmək üçün lazımi yardımı təmin etməyə hazırıq”, - deyə o, Zelenski bildirib.