Ana Sayfa > Karusel / Region > Ukraynada hərbi vəziyyətin müddəti 6-cı dəfə uzadılacaq
Ukraynada hərbi vəziyyətin müddəti 6-cı dəfə uzadılacaq4-02-2023, 13:20. Yazar: Admin |
Ukrayna Ali Radası tezliklə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini yenidən uzadacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak Telegram-da bildirib. "Fərmanın təsdiqi ilə bağlı müvafiq iki qanunu yaxın vaxtlarda prezident təqdim edəcək. Bu, müharibə başlayandan bəri hərbi vəziyyətə dair 6-cı səsvermə olacaq”, - deyə deputat bildirib.
Ukraynada hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi xidmətə cəlb olunan kişilərin bəzi istisnalar olmaqla, ölkədən çıxışı qadağandır. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hərəkət azadlığı da məhdudlaşdırılır. Komendant saatı tətbiq olunub.(Modern.az) Geri dön |