Ana Sayfa > Karusel / Region > "Biz İrana tarixən heç bir pislik etməmişik..."
"Biz İrana tarixən heç bir pislik etməmişik..."4-02-2023, 12:03. Yazar: Admin |
"İranın Rusiya ilə əməkdaşlığının neqativ nəticələri faydasından dəfələrlə çoxdur..."
"İsrailin HHM sistemlərinim tədarükü məsələsində mövqeyi inandırıcı deyil..."
Ukraynanın baş diplomatı İranla münasibətlərin laxlamasından danışıb və İsrailə də "əl gəzdirib"
İranla diplomatik münasibətlərin kəsilməsi barədə qərar istənilən an qəbul edilə bilər, bu məsələ açıq qalır.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BBC nəşrinə müsahibəsində bəyan edib.
O, məlumat verib ki, bu təklif baxılması üçün artıq prezident Zelenskiyə təqdim edilib.
"Mən İranda hərbi infrastruktura kimin zərbələr endirməsini bilirəm. Biz İrana tarixən heç bir pislik etməmişik. Onlar Rusiyanı döyüş dronları ilə təchiz etməyə başlayıb. Onlar sərhədi keçib", - o, deyib və yanvarın sonunda İran zavodlarında baş vermiş partlayışları şərh edib.
Kulebanın sözlərinə görə, İranın Rusiya ilə əməkdaşlığının necə faydalı görünəcəyinə rəğmən, onun neqativ nəticələri faydasından dəfələrlə çoxdur. "Qərar İranın bundan sonrakı davranışlarından asılı olaraq istənilən an qəbul edilə bilər", - Ukraynanın baş diplomatı vurğulayıb.
Nəşrin Ukraynanın İsraildə hökumət dəyişikliyi ilə bağlı gözləntiləri barədə suala cavabında Kuleba qeyd edib ki, yəhudi dövləti Ukrayna üçün daha çoxunu edə bilər və onun HHM sistemləri üzrə tədarükü məsələsində tutduğu mövqe, "yumşaq desək, inandırıcı deyil".
BBC müxbiri İsrailin Almaniyadakı səfiri Ron Prosorun İsrailin Ukraynaya ictimaiyyətə bəlli olduğundan daha çox dəstək verməsi barədə sözlərini xatırladıb. Kuleba cavabında bu bəyanatı şəhr etməyəcəyini deyib.
"Mən İsrail barədə hər şeyi aydın şəkildə ifadə etdim: çox və ya az, pərdəarxası məsələlərdir...Konkret şeylər var və İsrail onların qələbə üçün lazım olduğunu bilir. Və bu şeylər baş vermir. Yerdə qalanlar üçün çox sağ olun, əhsən, amma lazım olan kritik şeylər var", - o, deyib.
Kuleba izah edib ki, biz axı bu sistemlərlə Rusiya raketlərini vururuq. Bu, rusyalı işğalçılarını vuracaq silah deyil. Axı, HHM sistemlərinin verilməməsini hansı logistik əsaslandırması ola bilər ki? Və İsrail bu raket zərbələrinin necə fəlakətli olduğunu yaxşı bilir", - Kuleba deyib.
Bu zaman o, əlavə edib ki, Ukraynanın İsraillə qarşılıqlı əlaqələri var, bu, "ölü münasibətlər deyil, amma HHM məsələsində "İsrailin mövqeyi aydın deyil".
Geri dön |