Ana Sayfa > Karusel / İqtisadiyyat > Soğan gömrük rüsumundan azad edildi
Soğan gömrük rüsumundan azad edildi3-02-2023, 16:11. Yazar: Admin |
Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib. Qarabaqinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Ölkəyə idxal olunan soğan mayın 1-dək gömrük rüsumundan azad olunub.
Nazirlər Kabinetinin digər qərarı ilə baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”na daxil edilib. Geri dön |