Ana Sayfa > Karusel > Ərdoğan Bağçalı ilə görüşdü - Masada nələr var?

Ərdoğan Bağçalı ilə görüşdü - Masada nələr var?


2-02-2023, 17:06. Yazar: Admin

Ərdoğan Bağçalı ilə görüşdü - Masada nələr var?

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Cümhur İttifaqı"nda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, görüşdə aktual məsələlər masada olacaq.

 

Belə ki, seçkilərə hazırlıq, parlamentin fəaliyyəti, qanunvericiliyə dəyişikliklər, iqtisadi və xarici siyasət məsələləri müzakirə ediləcək.

 

Həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsinin aparılması gözlənilir.

 

Qeyd edək ki, Ərdoğanla Bağçalı sonuncu dəfə ötən ilin 29 dekabrında Prezident İqamətgahında görüşmüşdülər.


Geri dön