Türkiyənin milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizi haqqında danışıb.
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Qarsda keçirilən "Qış-2023" təlimlərinin son günündə çıxış edərkən bu mövzuya toxunub.
"Zəngəzur dəhlizinin açılması hamıya faydalı olacaq. Dəhlizin açılması bölgədə stabilliyin və sülhün təmin olunmasına kömək edər", - deyə Akar söyləyib.