Ana Sayfa > Karusel > Lavrovdan sülhməramlı açıqlaması: BMT-siz də mümkün olacaq

Lavrovdan sülhməramlı açıqlaması: BMT-siz də mümkün olacaq


2-02-2023, 13:49. Yazar: Admin

 

Lavrovdan sülhməramlı açıqlaması: BMT-siz də mümkün olacaq

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT-nin nizamnaməsinə gözlənilən dəyişikliklərlə bağlı məlumat verib.

 

Qarabaginfo.az bildirir ki, nazir bu barədə "Rossiya - 24" kanalına müsahibəsi zamanı danışıb.

 

Onun sözlərinə görə, KTMT BMT Təhlükəsizlik Şurasının razılığı və sanksiyası olmadan sülhməramlı missiya yarada biləcək.

 

"Hazırkı prosedur həddindən artıq uzundur, çünki sülhməramlıların gətirilməsi üçün təşkilatın ölkələrindən birinin qanuni hökumətinin tələbi kifayətdir. Bu, məsələn, 2022-ci ilin yanvarında Qazaxıstandakı iğtişaşlar zamanı baş vermişdi. Hazırda təşkilatın sülhməramlılarla bağlı normativ-hüquqi bazasına əlavələr edilir və bu, effektivliyi artıracaq", - deyə XİN başçısı bildirib.

 

Lavrov Ukraynadakı müharibə ilə bağlı Moskvanın yardım üçün KTMT ölkələrinə müraciət etmədiyini söyləyib.


Geri dön