Ana Sayfa > Karusel > Daha irəli getməli olacağıq - Lavrovdan mesaj
Daha irəli getməli olacağıq - Lavrovdan mesaj2-02-2023, 12:36. Yazar: Admin |
"Rusiyada hər kəs Ukraynadakı vəziyyətin bitməsini istəyir, amma bizim üçün vacib olan vaxt deyil, rus xalqı üçün yaranacaq nəticələrdir".
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya - 24" kanalına müsahibəsində deyib.
"Hərbçilər hər şeyin bitməsini deyil, öz işini necə yerinə yetirmək və itkiləri minimuma endirmək barədə düşünür. İndi biz çalışırıq ki, sərhədlərimizə təhlükə olmasın, amma Qərb uzaqmənzilli silahlar tədarük etməyə hazırlaşır, bu o deməkdir ki, biz daha irəli getməli olacağıq", - deyə Lavrov bildirib.
"Şolts Ukraynaya təyyarə göndərməyəcəyinə söz verdi, amma onun mövqeyini necə tez dəyişdiyini bilirik. ABŞ xalqları öz tarixlərini xatırlamaq hüququndan məhrum edir, onların vəzifəsi hamını assimilyasiya etməkdir", nazir əlavə edib. Geri dön |