Ana Sayfa > Karusel > Yük maşınları üçün yeni rüsum – 50 manat ödəyəcəklər
Yük maşınları üçün yeni rüsum – 50 manat ödəyəcəklər1-02-2023, 16:28. Yazar: Admin |
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumu müəyyənləşir.
Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Layihəyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat olacaq. Geri dön |