Ana Sayfa > Karusel > İti döyən qadın cəzalandırıldı - VİDEO

İti döyən qadın cəzalandırıldı - VİDEO


1-02-2023, 15:24. Yazar: Admin

İti döyən qadın cəzalandırıldı - VİDEO

 

Binəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən qadın cərimə edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, sosial şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara məruz qalaraq döyülmə videosu yayılıb.

 

Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib.

VİDEO LİNK: https://t.me/modern_azz/19368 


Geri dön