Ana Sayfa > Karusel > Saakaşvilinin məhkəməsi keçirilir - FOTO

Saakaşvilinin məhkəməsi keçirilir - FOTO


1-02-2023, 13:39. Yazar: Admin

Saakaşvilinin məhkəməsi keçirilir - FOTO

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi keçirilir.

Sabiq Prezidentin cəzasının təxirə salınması ilə əlaqədar keçirilən bugünkü dinləmədə müdafiə tərəfinin şahidləri dindiriləcək. Mixeil Saakaşvili özü isə iclasda müalicə aldığı klinikadan onlayn qoşularaq iştirak edir.

Qeyd edək ki, Mixeil Saakaşvilinin vəkilləri onun cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. İşə hakim Giorgi Arevadze baxır.


Geri dön