Ana Sayfa > Karusel > Türkiyə qeyri-hərbi yollarla 4 terrorçunu zərərsizləşdirdi

Türkiyə qeyri-hərbi yollarla 4 terrorçunu zərərsizləşdirdi


31-01-2023, 17:06. Yazar: Admin

 

Türkiyə qeyri-hərbi yollarla 4 terrorçunu zərərsizləşdirdi

 

Türkiyə tərəfindən qeyri-hərbi üsulların tətbiqi nəticəsində terrorçular təslim olub.

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, mənəvi-psixoloji metodlarla 1992-2015-ci illərdə terror təşkilatına qoşulan 4 PKK üzvü Türkiyəyə könüllü şəkildə təslim olublar.

 

Onların İraq və Suriya ərazilərində müxtəlif təxribatlarda iştirak etdiyi üzə çıxıb.

 

Bildirilib ki, bununla da 2023-cü il başlayandan bəri qeyri-hərbi üsullarla zərərsizləşdirilmiş terrorçuların sayı 5-ə çatıb.


Geri dön