Ana Sayfa > Karusel > ABŞ və Cənubi Koreya müdafiə nazirləri görüşdü - KXDR müzakirə olundu

ABŞ və Cənubi Koreya müdafiə nazirləri görüşdü - KXDR müzakirə olundu


31-01-2023, 11:38. Yazar: Admin

 

 ABŞ və Cənubi Koreya müdafiə nazirləri görüşdü - KXDR müzakirə olundu

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Koreyada həmkarı Li Conq-Sapla görüşüb.

 

Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Pentaqon rəhbəri koreyalı nazirlə danışıqlar aparıb.

 

Tərəflər bu ildən birgə hərbi təlimlərin sayının artırılması və miqyasının genişləndirilməsi ilə bağlı razılığa gəliblər.

 

Ostin ABŞ-ın KXDR-i cilovlamaq üçün öhdəliklərinə sadiqliyini ifadə edib və bunun nüvə imkanlarına aid olduğunu da diqqətə çatdırıb.

 

Qeyd edək ki, ABŞ müdafiə naziri dünəndən Cənubi Koreyada səfərdədir.


Geri dön