Ana Sayfa > Karusel > İsrail İranın mümkün hücumundan ehtiyat edir

İsrail İranın mümkün hücumundan ehtiyat edir


31-01-2023, 10:40. Yazar: Admin

 

İsrail İranın mümkün hücumundan ehtiyat edir

 

İsrailin təhlükəsizlik xidməti İranın hərbi obyektlərinə edilən hücumlarla bağlı Tehranın mümkün cavab tədbirlərini müzakirə edir. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Times of Israel” qəzeti yayıb. 

Qəzet yazır ki, İran xarici ölkələrdə olan israilli turist, rəsmi şəxs və səfirlikləri hədəf ala bilər.

Xatırladaq ki, yanvarın 28-i İran Müdafiə Nazirliyinin hərbi-sənaye obyektlərinə dronlarla zərbələr endirilib. Xarici mediada hücumların İsrail tərəfindən endirildiyini iddia edən məlumatlar dərc olunsa da, İsrail bu məsələ ilə bağlı açıqlama verməyib. İran isə öz növbəsində İsrailə xəbərdarlıq edərək “alovla oynamaq lazım deyil” təhdidləri səsləndirib.


Geri dön