Ana Sayfa > Karusel > Borca görə axtarılan 109 nəfər tutuldu

Borca görə axtarılan 109 nəfər tutuldu


31-01-2023, 10:39. Yazar: Admin

Borca görə axtarılan 109 nəfər tutuldu

 

Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs kimi axtarılan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.


Geri dön