Ana Sayfa > Karusel > Gənclər üçün muzeylər pulsuz olacaq

Gənclər üçün muzeylər pulsuz olacaq


31-01-2023, 10:06. Yazar: Admin

Gənclər üçün muzeylər pulsuz olacaq

 

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

 

Bu barədə Qarabaginfo.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

 

Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.


Geri dön