Ana Sayfa > Karusel > Ukraynaya F-16-lar verməyə hazırıq - Polşa baş naziri

Ukraynaya F-16-lar verməyə hazırıq - Polşa baş naziri


30-01-2023, 15:48. Yazar: Admin

 

Ukraynaya F-16-lar verməyə hazırıq - Polşa baş naziri

 

Polşa baş naziri Mateuş Moraveyski ölkəsinin Ukraynaya F-16 qırıcıları göndərməyə hazır olduğunu bəyan edib.

 

Qarabaginfo.az "NEXTA"ya istinadən xəbər verir ki, o, F-16-ların tədarükünün NATO ilə koordinasiyalı şəkildə həyata keçirilə biləcəyini vurğulayıb.

 

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Moraveyskinin bu açıqlamasını yüksək qiymətləndirib. O, "Telelgram" kanalında paylaşım edərək F-16-ların Ukrayna üçün vacib olduğunu yazıb.

 

"F-16-ların əldə olunması ilə bağlı danışıqlar davam edir. Bu tədarükün vacibliyini başa düşürük və tərəfdaşlarımızın dəstəyinə ümidliyik", - deyə Yermak qeyd edib.


Geri dön