Türkiyənin milli təhsil naziri Mahmut Özer bu gün Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşəcək.
Qarabaginfo.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş türkiyəli nazirin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.
Bildirilib ki, nazirlər Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, daha sonra peşə təhsili mərkəzinə baş çəkəcəklər.