Ana Sayfa > Karusel / Siyasət > Fransa XİN-dən səfirliyimizə edilən hücuma REAKSİYA

Fransa XİN-dən səfirliyimizə edilən hücuma REAKSİYA


28-01-2023, 13:34. Yazar: Admin

 

Fransa Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir.

 

Fransa XİN-dən səfirliyimizə edilən hücuma REAKSİYA

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada deyilir.

 

Bildirilib ki, Fransa Tehranda Azərbaycan səfirliyinə bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən hücumu qınayır, həlak olmuş əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verir.

 

Qeyd olunub ki, səfirliyə və diplomatlara qarşı hücum qəbuledilməzdir.

 

Bundan əlavə, İran hökumətini öz ərazilərində olan səfirlikləri və diplomatları qorumaq məsuliyyətini yerinə yetirməyə və bu hücumu aydınlaşdırmağa çağırılıb.

 

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır. Modern.az


Geri dön