Ana Sayfa > Karusel / Siyasət / Sosial > Bazar gününün hava PROQNOZU

Bazar gününün hava PROQNOZU


28-01-2023, 12:35. Yazar: Admin

 

Bazar gününün hava PROQNOZU

 

Yanvarın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Bu barədə Qarabaqinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.


Geri dön