Ana Sayfa > Karusel / Siyasət > Ümid edirik ki, günahkarlar cəzalandırılacaq - Rusiya səfirliyi

Ümid edirik ki, günahkarlar cəzalandırılacaq - Rusiya səfirliyi


27-01-2023, 17:13. Yazar: Admin

Ümid edirik ki, günahkarlar cəzalandırılacaq - Rusiya səfirliyi

"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı Orxan Əsgərovun ölüm xəbəri bizə çox pis təsir etdi".

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “Telegram” hesabında bildirilib.

 

“Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, bu faciəvi hadisə hərtərəfli araşdırılacaq və günahkarlar cəzalandırılacaq”, - paylaşımda qeyd olunub. modern.az


Geri dön