Ana Sayfa > Karusel / Dünya > Türkiyə parlamenti sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanunu qəbul edib
Türkiyə parlamenti sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanunu qəbul edib29-07-2020, 10:26. Yazar: Admin |
Türkiyə Böyük Millət Məclisi (TBMM) sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qarabaginfo.az-ın xəbərinə görə, qanun layihəsi AKP və MHP-dən olan millət vəkillərinin səs çoxluğu ilə qəbul edilib. Qanuna görə, xaricdən istifadəçisi 1 milyondan çox olan hər sosial şəbəkə platformasının fəaliyyəti ilə əlaqədar Türkiyədə ən azı bir təmsilçi təyin olunacaq və həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və neqativ paylaşımlara görə məsuliyyət daşıyacaq. Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq olunacaq. Əvvəlcə 10 milyon türk lirəsindən başlayaraq 30 milyona qədər pul cəzası və sonuncu mərhələdə isə sosial şəbəkənin fəaliyyəti məhdudlaşdırılacaq. Qeyd edək ki, qanun layihəsinin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənəcəyi gözlənilir. Geri dön |