Ana Sayfa > Karusel / Gündəm > Şəfiqə Məmmədovanın təşkilatı istefa xəbərlərini təkzib etdi
Şəfiqə Məmmədovanın təşkilatı istefa xəbərlərini təkzib etdi26-01-2023, 16:51. Yazar: Admin |
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 20-yə yaxın üzvün qurumu tərk etməsi barədə xəbərlərə aydınlıq gətirib.
İttifaqdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ARKİ-nin nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq, istənilən şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər.
"Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar olaraq bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək, bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər", - rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından istefa verənlər arasında Xalq artistləri Ramiz Məlik, Əbdül Mahmudov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Əməkdar rəssam Fikrət Ələkbərov, ssenarist Reyhan İsayeva və digərlərinin olduğu deyilir. Geri dön |