Ana Sayfa > Karusel / Dünya > Putin mənim üçün heç kimdir - Zelenski
Putin mənim üçün heç kimdir - Zelenski26-01-2023, 13:16. Yazar: Admin |
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməkdə və onunla sülh danışıqlarında maraqlı deyil. Qarabaqinfo.az xəbər verir ki, Zelenski bu fikri “Sky News”a müsahibəsində deyib. Ukrayna lideri bildirib ki, bu gün Putin onun üçün “heç kimdir”. Eyni zamanda, Zelenski qeyd edib ki, ukraynalıların həyatını xilas etmək Putin rejiminin başlatdığı ədalətsiz müharibədə onun bir nömrəli prioritetidir. "Rusiya ərazisində döyüşmək istəmirəm. Sadəcə istəyirəm ki, müharibəni tez dayandırsınlar və ölkəmizi tez tərk etsinlər. Sizə dəqiq deyə bilərəm ki, ərazimizi tərk etsələr, müharibə dayanacaq”, - deyə Zelenski bildirib.Modern.az Geri dön |