Ana Sayfa > Karusel / Sosial > Komitədə sənədsiz evlərlə bağlı məsələ qaldırıldı

Komitədə sənədsiz evlərlə bağlı məsələ qaldırıldı


26-01-2023, 12:15. Yazar: Admin

 

Komitədə sənədsiz evlərlə bağlı məsələ qaldırıldı

 

“Bu gün əsas məsələlərdən biri sənədsiz evlərlə bağlı problemdir”.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.

 

“Ona görə də bələdiyyə torpaqları təftiş olunmalıdır və buna ehtiyac var. Əgər həmin torpaqlar kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, niyə fərdi evlər tikilib? Burada məsuliyyətli şəxslər qanun qarşısında cavab verməlidir. Bundan başqa, həmin torpaqlarda ev tikənlərin sənəd məsələləri həll olunmalıdır. Bu da minlərlə insanı əhatə edir. Amma qeyd etdiyim kimi, belə halların yaşanmasına məsul olan şəxslər cavab verməlidir”, - deyə deputat sənədsiz evlərlə bağlı məsələ qaldırdıb.modern.az


Geri dön