Ana Sayfa > Karusel / Təhsil > UNEC-də təhsil alanların sayı artıb 

UNEC-də təhsil alanların sayı artıb 


25-01-2023, 15:57. Yazar: Admin

UNEC-də təhsil alanların sayı artıb 

 

UNEC-də bakalavr üzrə təhsil alanların sayı 4,1 faiz artıb.


Qarabaqinfo.az xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov universitetin fəaliyyəti ilə hesabat konfransında deyib.

 

Rektor bildirib ki, ötən il bakalavr üzrə təhsilalanların sayı 14 025-dən 14 588, magistratura üzrə təhsilalanların sayı 4 177-dən 4 477-ə yüksəlib.

 

Ə.Muradov qeyd edib ki, MBA üzrə təhsil alanların sayında 54,08 faiz artım olub. Belə ki, MBA üzrə təhsil alanların sayı 1494-dən 2302-yə çatıb. Modern.az


Geri dön