Ana Sayfa > Karusel > Azərbaycanda həkim və tibbi heyətin sayı AÇIQLANDI

Azərbaycanda həkim və tibbi heyətin sayı AÇIQLANDI


25-01-2023, 12:39. Yazar: Admin

Azərbaycanda həkim və tibbi heyətin sayı AÇIQLANDI

 

Azərbaycanda 32 min nəfər ixtisaslı həkim var.

 

Qarabaginfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli qurumun Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur zamanı deyib.

 

O bildirib ki, Azərbaycanda adambaşına düşən həkim və tibbi heyət standartlara uyğundur: 

 

“Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur”.

 

Qeyd edək ki, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3,2 təşkil edir. Bu göstərici 2018-2021-ci illərin məlumatlarına əsasən, Avropa Birliyi ölkələrində 3,9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3,6 təşkil edir.


Geri dön