Ana Sayfa > Karusel > Aksiyada iştirak edən gənclərə dəstək verməliyik - Deputat

Aksiyada iştirak edən gənclərə dəstək verməliyik - Deputat


25-01-2023, 11:35. Yazar: Admin

Aksiyada iştirak edən gənclərə dəstək verməliyik - Deputat

 

Milli Məclisdə Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən gənclərə dəstək məsələsi qaldırılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə parlamentin Gənclər və idman komitəsinin iclasında deputat Mahir Abbaszadə çıxış edib.

 

“Biz aksiyada iştirak edən gənclərə dəstək vermə imkanlarını müzakirə etməliyik. Əyani olaraq onlarla bir olduğumuzu göstərməyə imkan olarsa, biz orada onlara ilk dəstəyimizi göstərməliyik. Digər tərəfdən onlara müəyyən formada dəstək verməyi müzakirə etməliyik”, - deyə deputat vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 45 gündür davam edir. 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu davam edib. Gənc aktivistlər yüksək fəallıq göstərirlər.


Geri dön