Ana Sayfa > Karusel > “Ən faciəvi müharibələr dini zəmində olub” - Deputat 

“Ən faciəvi müharibələr dini zəmində olub” - Deputat 


25-01-2023, 10:32. Yazar: Admin

“Ən faciəvi müharibələr dini zəmində olub” - Deputat 

 

“Təəssüflə qeyd etmək lazımdır ki, Qərbdə Quranın yandırılması ona hörmətsiz münasibət ilk dəfə deyil baş verir. Bu hadisə artıq dəfələrlə təkrarlanıb. Özü də bütün Avropanın gözü qarşısında. Son hadisəyə də polis heç bir reaksiya vermədi. İllər öncə Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə də Qərbdə ciddi reakisya verilməmişdi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov İsveçdə sağçı partiya sədri Rasmus Paludanın Quranı yandırmasına münasibət bildirərkən deyib.

“Məsələnin insan hüquq və azadlıqları ilə əlaqələndirilməsinə gəldikdə isə bu, absurd və qəbul edilməzdir. Üzrü qəbahətindən daha böyük məsələdir.

Bu əməli törədənlər onun hansı qarşıdurmalara gətirə biləcəyini nəzərə almalıdırlar. Tarixdə ən ağır, ən faciəvi müharibələr dini zəmində olub. Onlar bilməlidirlər ki, bu əməlləri ilə həm də dinlərarası ədavəti qızışdırmış olurlar.

Bütün bunlar onu göstərir ki, Qərbdə artan islamafobiyanın qarşısı qətiyyətlə alınmalıdır. Belə məsələlərə yalnız müsəlmanlar deyil, digər dinlərin liderləri, tanınmış siyasətçi və ictimai xadimlər də mütləq reaksiya verməlidirlər”, - C.Məmmədov deyib.


Onun sözlərinə görə, tarixdə müsəlmanların digər dinlərin müqəddəs kitablarına hörmətsiz yanaşması ilə bağlı bir dənə fakt belə yoxdur.


“Çünki İslam müsəlmanlardan digər dinlərə hörmətlə yanaşmağı tələb edir.  Burada belə bir sual yaranır. Müsəlmanların digər dinlərin müqəddəs kitablarını yandırması həmin dinlərin daşıyıcılarına xoş gələrdimi? Əlbəttə yox. Ona görə bu məsələdə siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin diqqətli olmasına ciddi ehtiyac var.

Siyasi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs digər dinlərin və xalqların dəyərlərinə hörmətlə yanaşmağı bacarmalıdır. Əks halda,  zamanla dini müstəvidə qarşıdurma və dözümsüzlük halları daha da artacaq”.


Geri dön