Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşdü

Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşdü


24-01-2023, 17:47. Yazar: Admin

Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşdü

Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb..

 

Bildirilib ki, tərəflər avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

 

Qeyd edək ki, bu gün C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib. Modern.az


Geri dön