Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda tikinti materialları ucuzlaşıb
Azərbaycanda tikinti materialları ucuzlaşıb24-01-2023, 17:34. Yazar: Admin |
Azərbaycanda tikinti materialları ucuzlaşıb.
Qarabaqinfo.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Onun sözəlirinə görə, ucuzlaşmalar əsasən taxta materiallarında qeydə alınır.
"Belə ki, sahibkarlar qiymət ucuzlaşmasını mövsümlə əlaqələndirirlər. Bildirirlər ki, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Ancaq qiymətlərin bu qədər ucuzlaşması təəccüblüdür. Fevral ayından etibarən tikkinti mövsümündə canlanma baş verəcək. Qiymətlər indiki kimi qalarsa, bu, böyük göstərici olar", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, ötən ilin son rübündə taxtanın 1 kubmetrinin qiymət ötən il 430-450 manata çatmışdı.
"Hazırda isə 330 manata almaq mümkündür. Diktlərin də qiymətində azalma müşahidə olunur. 18 mm-lik diktin qiyməti 40 manatdan 20-25 manata satılır. Ümumiyyətlə, taxta və taxtadan hazırlanan materialların qiymətlərində ucuzlaşma var. Bundan başqa, dam örtüklərinin qiymətlərində də 3 manat ucuzlaşma var", - deyə R. Osmanlı bildirib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 85,7 milyon manat olmaqla, 2021-ci illə müqayisədə 12,6 faiz artım olub. Geri dön |