Ana Sayfa > Karusel / Sosial > “Azercell”in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər
“Azercell”in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər28-07-2020, 16:28. Yazar: Admin |
Abunəçilərinin rahatlığını hər zaman prioritet hesab edən edən “Azercell Telekom” MMC, #Rəqəmsal Günlər çərçivəsində yeni kampaniyaya start verir. Qarabaginfo. az xəbər verir ki, bu dəfə lider mobil operator müştərilərinə 4G WiFi modemini təqdim edir. Yeni modem eyni zamanda 32 istifadəçiyə internetdən yararlanmaq imkanı verərək, mobil telefon, planşet, televizor, kompüter və digər simsiz internetə qoşula bilən bütün cihazları yüksək sürətli mobil data xidmətləri və sabit siqnal ilə təmin edir. Cihazın digər üstünlüyü isə əhatə radiusunun 150-200 metr olmasıdır ki, bu da öz növbəsində modem vasitəsilə uzaq məsafədən belə internetə qoşulmaq imkanı yaradır. Geri dön |